File: umumvehdet-felsefesi-ve-muasir-elm-toplu-esas-hisse-mart-2010.doc
View: umumvehdet-felsefesi-ve-muasir-elm-toplu-esas-hisse-mart-2010.doc


"ÜMUMVƏHDƏT 
FƏLSƏFƏSİ VƏ 
MÜASİR ELM"
Elmi-nəzəri seminar



30 - 31 mart 2010-cu il
Bakı, Azərbaycan
Azərbaycanın tanınmış filosofu, “Şərq fəlsəfəsi problemləri” jurnalının baş redaktoru, əməkdar elm xadimi Zümrüd Quluzadənin “Ümumvəhdət fəlsəfəsi və müasir elm”  elmi-nəzəri seminarının keçirilməsi barədə təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən dəstəklənmişdir. 
                                            
Elmin İnkişafı Fondunun dəstəyi ilə çap olunmuş bu toplu seminarda çıxış üçün təqdim olunmuş məruzələrin xülasələlərinin məcmusu kimi işçi xarakter daşıyır. Seçilmiş ən maraqlı məruzələrin gələcəkdə müxtəlif dillərdə nəşri də istisna olunmur.
© 2010, Azərbaycan Respublikasının Prezidenti yanında 
               Elmin İnkişafı Fondu. Bütün hüquqlar qorunur. 
Əlaqə üçün məlumat:
AZ1001, Azərbaycan Respublikası,
Bakı şəhəri, İstiqlaliyyət küçəsi ,10
Tel.: (012) 418 31 90
Elektron poçt: sci.dev.found@gmail.com
Ön söz
Qloballaşan dünyamız informasiya və informasiya texnologiyaları dövrünə qədəm qoymuşdur. Alimlər bu dövrü “paradiqmaların dəyişməsi” dövrü də adlandırırlar. Azərbaycan alimləri bu dövrün onların üzərinə qoyduğu vəzifələrin məsuliyyətini dərk edirlər. Filosofların fikrincə informasiya anlayışının, informasiya mübadiləsi və axınının artıq elmin bütün sahələrinə  cəlb olunduğu dərk edilməklə fəlsəfənin, tarixin və idrak nəzəriyyəsinin yeni metodologiyasının axtarışı istiqamətində işlər görülməlidir.
Bəzi alimlərin fikrincə fəlsəfənin, sosiologiyanın və politologiyanın inkişafı üçün vacib sayılan və inteqral tədqiqat obyektini aşkar edə biləcək metodologiya – fənlərarası metodologiyadır. Digərləri isə əmindirlər ki, din, elm və fəlsəfə arasında konsensusu ümümvəhdət fəlsəfəsi təmin edə bilər.
Bir sıra fəlsəfi-nəzəri anlayışların dəqiqləşdirilməsi, filosof və müxtəlif elm sahələrindən olan mütəxəssislərin, o cümlədən təbiətşünas alimlərlə qarşılıqlı əlaqə prinsiplərinin aşkar edilməsi müasir Azərbaycanda elmin inkişafı üçün mühüm şərtlərdən biridir. Bu baxımdan bir sıra metodologiyaların da (marksizm, narrativizm, hermenevtika və s.) artıq məhdud olduğu haqqında da fikirləşməyin vaxtı çatmışdır. 
Seminarda aşağıdakı məsələlərin müzakirəyə çıxarılması planlaşdırılır:
  • Fəlsəfə - bəşəriyyətin mənəvi  mədəniyyətinin universal fenomeni kimi;
  • Müasir elmin nailiyyətləri və sosiomədəni inkişafın perspektivləri işığında ümumvəhdət fəlsəfi konsepsiyası;
  • Fəlsəfə - varlığın və idrakın əsas prinsipləri (qanun və qanunauyğunluqları), maddi və ideal olanın vəhdəti haqqında təlim kimi; 
  • Varlığın əsas ilkin səbəbi kimi materialist, idealist, dualist fəlsəfi konsepsiyalarla yanaşı ümumvəhdət monodualist fəlsəfi konsepsiyanın movcudluğu;
  • Varlığı müxtəlifliyi ilə öyrənən konkret elmlərin onu bütövlükdə öyrənən fəlsəfə ilə mahiyyət etibarilə üzvü əlaqəsinin mövcudluğu;
  • və başqa mövzular.
Mütəmadi olaraq fəaliyyət göstərməsi nəzərdə tutulan seminar iştirakçılarına uğurlar diləyirik.
Azərbaycan Respublikasının 
Prezidenti yanında 
Elmin İnkişafı Fondu
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya 
və Hüquq İnstitutu
"Ümumvəhdət fəlsəfəsi və müasir elm"
elmi-nəzəri seminarının
P R O Q R A M I
30 - 31 mart 2010-cu il, Bakı, Azərbaycan
30 mart 2010-cu il
AMEA Rəyasət Heyətinin binası, 1-ci mərtəbə, kiçik zal
Saat
10.00 – 11.00Qeydiyyat
11.00 – 11.15Seminarın açılışı

Kərimov Mahmud
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti
Babayev Elçin
Azərbaycan Respublikasının Prezidenti yanında
 Elmin İnkişafı Fondunun İcraçı direktoru
Məmmədzadə İlham
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun (FSHİ) direktoru
11.15 – 13.00Çıxışlar 
1-ci sessiya
Həmsədrlər: İ.Məmmədzadə, Z.Quluzadə

Quluzadə Zümrüd 
AMEA FSHİ, b.e.i., fəl.e.d.
Vəhdət fəlsəfəsi müasir elm və sosiomədəni inkişaf baxımından 
Heyət Cavad 
Paris Cərrahlar Akademiyasının üzvü, prof.
Molla Sədrada hərəkəti-cövhəri və vəhdəti-vücud
Əliyev Maqsud 
AMEA Fizika İnstitutu, proqram rəhbəri, AMEA-nın həqiqi üzvü, fiz.-riy.e.d., prof.
Fəlsəfədə ümumvəhdət konsepsiyası və fizika
Alıyev İsa 
AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqt.e.d., prof.
İqtisadi nəzəriyyələrin təkamülündə ümumvəhdət metodologiyasının yeri
Qulamrza Səbri Təbrizi 
Edinburq Universiteti və 
BDU
Vəhdəti-vücud fəlsəfəsi haqqında bəzi mülahizələr
Məmmədzadə İlham 
AMEA FSHİ-nun direktoru, fəl.e.d.
Müasir dövrdə fəlsəfə və elmin qarşılıqlı münasibəti 
Məmmədova Rəna 
АМЕА İncəsənət və Memarlıq İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, sənət.e.d., prof.
İncəsənətin etno-morfoloji tədqiqi və ümumvəhdət ideyası
Abbasov Vaqif 
AMEA Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, kimya e.d., prof.
Sivilizasiyanın müasir inkişafı səviyyəsində təbiət və humanitar elmlərin əlaqələrinin inkişafının labüdlüyü
13.00 – 14.00Seminar iştirakçıları üçün nahar fasiləsi
(1-ci mərtəbə)
14.00 – 15.30Çıxışlar 
2-ci sessiya
Həmsədrlər: İ.Məmmədzadə, F.Qurbanov

Qurbanov Füzuli
AMEA FSHİ-nun şöbə müdiri, fəl.e.d.
Müasir sintetik elmi nəzəriyyələrdə dünyanın vəhdəti problemi 
Əlizadə Xalidə 
AMEA Geologiya İnstitutu, a.e.i., biol.е.n., dosent
Geosistemlərin inkişafının dialektik proqnozu
Hüseynova İradə
AMEA Botanika İnstitutu, b.e.i., AMEA-nın  müxbir üzvü, biol.e.d., prof.
Apoptoz – müasir biologiyada proqramlaşdırılmiş ölüm nəzəriyyəsi
Abbasov Əli 
AMEA FSHİ-nun şöbə müdiri, fəl.e.d., prof.
Fəlsəfədə monizm və plüralizm prinsipləri
Kərimli Teymur 
AMEA Ədəbiyyat İnstitutunun direкtor müavini, AMEA-nın müxbir üzvü, fil.e.d., prof.
Orta əsrlər Azərbaycan ədəbi mühitində vəhdət utopiyası
Mustafayeva Lalə 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, fiz.-riy.e.n.
Müasir riyaziyyatda irrasionallıq ümum-vəhdət fəlsəfəsi işığında
15.30 – 15.50Çay fasiləsi
(1-ci mərtəbə)
15.50 – 17.00Çıxışlar 
3-cü sessiya
Həmsədrlər: İ.Məmmədzadə, F.Qurbanov

Əlizadə Çingiz 
Elmi Tədqiqat Travmаtologiya və Ortopediya İnstitutu, b.e.i., tibb e.d., prof.
Təbabətin müəmmalı hadisələri ümumvəhdət fəlsəfəsi işığında
Bünyadzadə Könül
AMEA FSHİ, b.e.i., fəl.e.d.
İdrak prosesində rasional və irrasionalın vəhdəti 
Mirzəzadə Rəna 
АМЕА FSHİ-nun şöbə müdiri, fəl.e.d.
Qloballaşma dövründə ümumvəhdət fəlsəfəsi sosiomədəni inkişaf kontekstində
Şirinov Aydın 
AMEA FSHİ, a.e.i., fəl.e.d.
Dünyagörüşündə eynilik və fərqlilik problemi
Mirzəliyeva Məhəbbət 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, fil.e.d.
Dil və təfəkkür fəlsəfi problem kimi
Bayat Füzuli 
AMEA Folklor İnstitutufil.е.d.
Vəhdəti-vücudun epistemoloji tərəfləri
31 mart 2010-cu il
AMEA Rəyasət Heyətinin binası, 1-ci mərtəbə, kiçik zal
11.00 – 12.30Çıxışlar 
4-cü sessiya
Həmsədrlər: İ.Məmmədzadə, Z.Quluzadə

Xəlil Ağaverdi 
AMEA, Folklor İnstitutufil.е.n.
Aşıq yaradıcılığında maddi və mənəvi dəyərlərin əlaqəsi və vəhdəti
Əsədov Adil 
AMEA FSHİ, b.e.i., fəl.e.d.
İdrak və İzah: elmdə fəlsəfi və eksperimental başlanğıcların münasibətlərinə dair
Mehdiyeva Leyla 
Azərbaycan Tibb Universiteti, tibb e.n., dosent
İnsanın psixikasında fərdi xüsusiyyətlərin formalaşması dövründə sosioloji amilin təsiri
Qəşəmoğlu Əhməd 
АМЕА FSHİ-nun a.e.i., fəl.e.d.
Elm və din arasında münasibətlərin aydınlaşdırılmasında ümumvəhdət fəlsəfəsinin rolu
Fərəcova Fidan 
BDU, fəl.e.n., dosent
Uzaq Şərq buddizmində ümumvəhdət problemi 
İbrahimbəyli Rəna
BDU, kafedra müdiri, psix.e.n., dosent
Eko-mədəniyyət ümumvəhdət fəlsəfəsinin psixoloji problemləri işığında
Məcidova Svetlana 
BDU, psix.e.d., dosent
Sosial-psixoloji tipologiya «69»
İbrahimov Şaiq 
AMEA Zoologiya İnstitutu, b.e.i., biol.e.d., prof.
Ümumvəhdət fəlsəfəsi baxımından Yer üzündə həyatın və insanın yaranması problemləri
12.30 – 13.00Çay fasiləsi
(1-ci mərtəbə)
13.00 - 15.00Çıxışlar 
5-ci sessiya
Həmsədrlər: İ.Məmmədzadə, F.Qurbanov

Abdinov Övsat 
AMEA Fizika İnstitutunun laboratoriya rəhbəri, fiz.-riy. e.d.
Kütlənin tərifi
Ulusel Rahid 
AMEA Ədəbiyyat İnstitutu, b.e.i., fəl.e.d., prof.
Harmoniya fəlsəfəsində vəhdət ideyası
Quliyev Elmir 
Qafqaz” Strateji Tədqiqatlar Mərkəzinin əməkdaşı, fəl.e.n.
Maddi və mənəvi dəyərlərin nəzəri vəhdəti A`bdаlхamid Abu Sulayman “Biliklərin İslamlaşması”
Allahverdiyev Kənan 
AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, fəl.e.d. dosent
Təhlükəsizlik fəlsəfəsinin qlobal aləmdə yeni ölçüləri
Mirbəşiroğlu Elşad 
AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, siyasi е.n.
Müharibənin mahiyyətinin fəlsəfi prizmadan izahı
Əhməd-zadə Aydın 
AR Təhsil Nazirliyi Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu, a.е.i. kimya e.d.
Qloballaşma şəraitində şəxsiyyətin sosial diversifikasiyası
Məcidov Samir 
АМЕА FSHİdissertant
Mədəni qloballaşma. Problemlər və vəzifələr
Hüseynov Elmar 
BDU, aspirant
Vəhdət fəlsəfəsi və sivilizasiyalararası münasibətlər tarix elminin aktual problemləri kimi (tarix fəlsəfəsi)

Seminarın bağlanışı